Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayonunun toponimləri - Böyük kirs dağı

0


  •         Böyük Kirs dağı Qarabağ silsiləsinin ən yüksək zirvələrindən biridir. Orta Yuranın vulkanogen çökmə süxurlarından təşkil olunan Böyük Kirs dağı Laçın, Xocavənd, Şuşa və Xocalı rayonlarının sərhədində yerləşir. Bu dağın maksimal hündürlüyü 2725 metrdir. Allı çayı, Quruçay, Köndələnçay öz mənbələrini Böyük Kirsin zirvə və ətəklərindən götürürlər. Toponimin tərkibindəki Kirs sözünün müxtəlif dialektlərdə “böyük, uca, zirvə”, “sıldırım dağ” (Şuşa rayonu) və “qar toplanan ərazi” (Quba rayonu) kimi məna çalarları vardır. Böyük Kirs toponimi çox güman ki, “böyük, uca, sıldırım dağ” mənasındadır. Xocalı və Şuşa ərazisində Kiçik Kirs dağı da var.
                    
         “Müqəddəs yurd: Xocalı” adlı kitabdan


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib84 dəfə
    Xocalı rayonunun toponimləri Böyük kirs dağı

    Maraqlı gələ bilər
    116
    60
    45